Songfestival Azerbaijan

İlqarə Kazımova: “Avroviziya üçün indi tam hazıram”

MƏQALƏNİ PAYLAŞ:

Müğənni İlqarə Kazımova “İncə səhər” proqramında qonaq olarkən “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı planlarından danışıb.

Sənətçi bildirib ki, hələlik ona rəsmi bir dəvət gəlməsə də, Azərbaycanı bu böyük səhnədə təmsil etmək arzusundadır.

2011-ci ildəki seçim turlarını xatırlayan ifaçı, keçmişə baxışını maraqlı bir etirafla bölüşüb: 

“Nə yaxşı o vaxt getmədim. Çünki hazır deyildim”.

O qeyd edib ki, aradan keçən illər ərzində həm musiqiçi, həm də fərd kimi böyük təcrübə toplayıb və hazırda özünü müsabiqə üçün tam hazır hiss edir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 67