Songfestival Azerbaijan

Akylas Yunanıstan üçün “Gətir” deyəcək.

MƏQALƏNİ PAYLAŞ:

Yunanıstanı “Avroviziya 2026” Mahnı Müsabiqəsində Akylas “Φέρτο”(azərbaycanca: gətir) adlı mahnısı ilə təmsil edəcək.

Tam adı Akylas Mytilinaios olan sənətçi 1999-cu ildə Yunanıstanın Serres şəhərində dünyaya gəlib. 2011-ci ildən etibarən öz “Youtube” kanalını açaraq musiqi kontentləri paylaşan Akylas 2021-ci ildə “The Voice of Greece” yarışmasında iştirak edib. Sənətçinin mahnısı “Φέρτο” ingilis, yunan, ispan və fransız dillərindədir.

Artıq iki ildir ki, dalbadal milli seçim turu keçirən Yunanıstan 2025-ci ildə “Ethnikós Telikós” adlı seçim turu ilə təmsilçisini müəyyən edərək “Avroviziya 2025” finalında yüksək nəticə əldə etdikdən sonra, 2026-cı ildə də seçim turu keçirəcəyini elan etdi.

2026-cı il üçün isə seçim turunun adı dəyişdirilərək “Sing for Greece” adlandı. Yarışmanın formatı ümumilikdə 2 yarımfinal və bir final turundan ibarət idi. Hər 2 yarımfinalda 14 iştirakçı mübarizə aparacaq və hər yarımfinaldan xalq səsverməsi nəticələrinə əsasən 7 iştirakçı finala adlayacaqdı. 2 yarımfinalın ardından finala adlayan 14 iştirakçıdan biri Yunanıstanı təmsil etmək üçün həm xalq, həm də seçilmiş münsiflər heyətinin qərarına əsasən qalib elan olundu.

Ramin İmanov
Ramin İmanov
Articles: 31