Estoniyanı Vyanada keçiriləcək “Avroviziya 2026” Mahnı Müsabiqəsində “Vanilla Ninja” qrupu “Too Epic to be True” adlı mahnısı ilə təmsil edəcək.
Estoniyanın ənənəvi Avroviziya seçim turu “Eesti Laul” qalibi olaraq qrup bu haqqı əldə etdi. Özləri ilə bərabər digər 2 namizədlə birlikdə super finaldan qalib çıxan qrup adını Estoniyanın Avroviziya tarixinə yazmağı bacardı.
Qeyd edək ki, Estoniya sonuncu dəfə 2001-ci ildə Avroviziyada qalib olmuş, 2002-ci ildə müsabiqə ölkənin paytaxtı Tallin şəhərində keçirilmişdi.





