Songfestival Azerbaijan

“Melodifestivalen 2026” 3-cü mərhələnin nəticələri bəlli oldu

MƏQALƏNİ PAYLAŞ:

“Melodifestivalen” 2026-nın Kristianstad şəhərində baş tutan üçüncü mərhələsi (Deltävling 3), həm təcrübəli ifaçıların dominantlığı, həm də gənc ulduzların yüksəlişi ilə yadda qaldı.

Gecənin səsvermə nəticələrinə əsasən, “Medina” qrupu “Viva L’Amor” adlı enerjili ritmləri ilə birinci raundun qalibi olaraq birbaşa finala vəsiqə qazanan ilk ad oldu.

Onların ardınca, yaş qrupları üzrə səsvermədə 90 xal toplayan Saga Ludvigsson “Ain’t Today” mahnısı ilə ikinci finalçı kimi Stokholmdakı böyük finalda yerini aldı.

Müsabiqənin təsirli çıxışlarından birinə imza atan Eva Jumatate isə 80 xalla üçüncü yeri tutaraq final seçmələri mərhələsinə adladı və final üçün son şansını qorudu.

Digər iştirakçılar — Korslagda (67 xal), Patrik Jean (43 xal) və Emilia Pantić (24 xal) isə kifayət qədər xal toplaya bilməyərək bu mərhələdə müsabiqə ilə vidalaşdılar.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 55