Songfestival Azerbaijan

Məşhur Belçikalı müğənni Avroviziyaya “yox” dedi

MƏQALƏNİ PAYLAŞ:

Belçikanı “Avroviziya 2015”-də “Rhythm Inside” adlı mahnısı ilə təmsil edərək 4-cü yeri qazanmış Loïc Nottet “Avroviziya 2026”-da ölkəsini yenidən təmsil etmək haqqında təklifdən imtina edib. Buna səbəb kimi, İsrailin “Avroviziya 2026”-dan disqvalifikasiya edilməməsi olub.

Belə ki, müğənninin adı son illərdə tez-tez ölkəsini yenidən Avroviziya səhnəsində təmsil etmək üçün çəkilirdi. 2026-cı il üçün də həm fanlar həm də yerli və eyni zamanda qonşu fransız xəbər saytları Loïc-in təmsilçi olaraq seçiləcəyini təxmin edirdi.

Xatırladaq ki, 5 ölkənin müsabiqədən İsrailə görə çəkilməsinin ardından Belçika da müsabiqədən çəkiləcək ölkələr arasında yer alacaqdı. Lakin sonradan ölkənin ənənəvi Avroviziya yayımçısı, flaman VRT(Vlaamse Radio- en Televisieomroeporganisatie) kanalı bundan imtina etdi və ölkənin Avroviziya üçün yayım hüququna sahib yeni tamhüquqlu yayımçısı RTBF(La Radio-télévision belge de la Communauté française) oldu.

Ölkənin “Avroviziya 2026” təmsilçisinin adına və mahnısına isə yaxın tarixdə, 19 fevralda Bakı vaxtı ilə 21.21-də aydınlıq gətiriləcək. Belə ki, RTBF-yə bağlı “La Une” kanalında Belçikanın rəsmi “Avroviziya 2026” mahnısı və klipi yayımlanacaq.

Ramin İmanov
Ramin İmanov
Articles: 17