Songfestival Azerbaijan

Belçikanın “Avroviziya 2026” seçimlərində son vəziyyət

MƏQALƏNİ PAYLAŞ:

Belçikanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün hazırlıqları çərçivəsində ölkənin fransızdilli yayımçısı “RTBF”-in daxili seçim strategiyasının təfərrüatları məlum olub.

“Songfestival.be” portalının “Rendez-Vous” podkastına istinadən yayılan məlumatlara görə, yayımçı builki təmsilçilik üçün ilk növbədə 2015-ci ildə ölkəyə böyük uğur qazandırmış Loïc Nottet-ə təklif aparsa da, sənətçi bu dəvəti qəbul etməyib.

Nottet-in imtinasından sonra “RTBF” rəhbərliyi hazırda iki fərqli ssenari üzərində ciddi müzakirələr aparır, bu ssenarilərdən birincisi, yayımçının daxili reytinq cədvəlində ikinci pillədə qərarlaşan və perspektivli “Plan B” namizədi kimi görülən gənc ifaçı Essyladır.

İkinci və daha iddialı variant kimi isə tanınmış sənətçi Axelle Red-in adı hallanır. Belçikanın son iki il ərzində müsabiqənin final mərhələsinə adlaya bilməməsi “RTBF”-i daha zəmanətli bir yola sövq edib və yayımçının beynəlxalq təcrübəyə malik “böyük ad” faktoruna üstünlük verərək finaldakı yerini təmin etmək məqsədilə məhz Axelle Red-ə bəhs edə biləcəyi vurğulanır.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49