Songfestival Azerbaijan

Kiprin “Avroviziya 2026” mahnısı təqdim olundu

MƏQALƏNİ PAYLAŞ:

Kiprin 2026-cı il “Avroviziya” təmsilçisi Antigoni Buxton, müsabiqə mahnısı olan “JALLA”nı və rəsmi klipini təqdim etdi. 

Mahnı, Kiprə “Fuego” kimi uğurlar qazandıran Alex Papaconstantinou başda olmaqla, Linnea Deb, Claydee və Andreas Anastasiou kimi peşəkar bir müəllif heyəti tərəfindən hazırlanıb.

Janr olaraq müasir etno-pop və rəqs ritmləri üzərində qurulan bu layihə, həm Antigoninin səs tembrini, həm də Kiprin mədəni ruhunu beynəlxalq standartlarla sintez edir. 

Rejissor Kostas Karydas tərəfindən lentə alınan klip mahnının dinamikasını tamamlayır, səhnələşdirmə isə təcrübəli Sacha Jean-Baptisteə həvalə edilib.

Vyanada keçiriləcək müsabiqənin püşkatma nəticələrinə əsasən, Antigoni 14 may tarixində baş tutacaq ikinci yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq. 

Bu çıxış sırası mahnının yadda qalma və finala vəsiqə qazanma şansını statistik olaraq artırır. Kipr yarımfinal səddini keçəcəyi təqdirdə, Antigoni 16 may tarixində keçiriləcək Böyük Finalda mübarizəni davam etdirəcək.

Mahnının ritmi və arxasındakı peşəkar komanda Kiprin builki hədəfinin cədvəlin yuxarı sıraları olduğunu aydın şəkildə nümayiş etdirir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49