Songfestival Azerbaijan

German Nenovdan Jerry Heil-in Çıxışındakı Texniki Qüsurlarla Bağlı Sərt Açıqlama

MƏQALƏNİ PAYLAŞ:

“Avroviziya” səhnəsində Jerry Heil-in performansı zamanı baş verən çatışmazlıqlar ətrafında müzakirələr səngimək bilmir. Yaradıcı komandanın üzvü German Nenov, sosial media hesabında paylaşım edərək baş verənlərin arxasındakı səbəbləri açıqlayıb.

O bildirib ki, çıxış zamanı yol verilən səhvlər qaçılmaz deyildi, çünki bütün düzəlişlər saniyə-saniyə əvvəlcədən texniki heyətə təqdim olunmuşdu. Nenov “faktlar var” deyərək, nömrə rejissorunu peşəkar məsləhətləri qulaqardına vurmaqda və təcrübəsizlikdə ittiham edib.

Paylaşılan texniki qeydlərdə hər bir kadrın dəqiq zamanlaması və planı detallı şəkildə əksini tapıb. Belə ki, performansın 51-56-cı saniyələri arasındakı ümumi tayminqdə, xüsusilə 53-cü saniyədə sol yan səhnədəki yıxılma anının ümumi plandan kəsilərək iri planla verilməsi tapşırılıb. Eyni göstəriş çıxışın sonrakı hissəsi üçün də keçərli olub; 1:09-1:14 dəqiqələrini əhatə edən zaman kəsiyində, konkret olaraq 1:11 saniyədə sağ yan səhnədə baş verən yıxılma səhnəsinin kadrın bölünərək iri planla ekrana gətirilməsi təklif edilib.

Lakin German Nenovun sözlərinə görə, bu dəqiq təlimatlara baxmayaraq, nəticə ideyadan kəskin şəkildə fərqlənib. O, yaradıcılıq ideyası ilə reallaşdırma arasındakı bu “uçurumu” nömrə rejissorunun televizya təcrübəsinin azlığı və komandanın rəylərini eşitmək istəməməsi ilə əlaqələndirib.

Nenov vurğulayıb ki, düzəlişlərin vaxtında və konkret saniyələrlə verilməsinə baxmayaraq, rejissorun inadkarlığı performansın keyfiyyətinə ciddi xələl gətirib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49