Almaniyanın bu ilki “Avroviziya” Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim mərhələsi dünya musiqi sənayesinin ən tanınmış simalarının diqqət mərkəzinə çevrilmişdir.
Builki rəqabəti xüsusi edən məqamlardan biri dünya şöhrətli ulduz Dua Lipanın “Love Again” adlı qlobal hitinin müəlliflərindən biri olan Chelsee Grimes seçim turlarında iştirak edən bəstələrdən birinin söz yazarı kimi çıxış etməsidir.
Karyerası ərzində Kesha, Tom Walker və Zara Larsson kimi pop musiqisinin nəhəngləri ilə uğurlu əməkdaşlıq edən Grimes, eyni zamanda “Avroviziya” azarkeşlərinin yaxından tanıdığı Roxen və Aleksandr Rıbakın birgə layihələrinin də müəllifidir. Onun bu layihədə iştirakı Almaniyanın builki hazırlıq prosesinə beynəlxalq səviyyəli peşəkarlıq qatır.
Sabah təqdimatı gözlənilən və gənc ifaçı Malou Lovis tərəfindən səsləndirilən “When I’m With You” mahnısı, bu güclü yaradıcı heyətin məhsuludur. Mahnının ərsəyə gəlməsində təkcə Chelsee Grimes deyil, həmçinin “Avroviziya” səhnəsində böyük rəğbət qazanan “Dance You Off” və “Good Lovin'” kimi bəstələrin müəllifi Luis Sxoorl’da yaxından iştirak etmişdir.
Belə bir nüfuzlu müəllif heyətinin bir araya gəlməsi, Malou Lovisin ifa edəcəyi mahnının təkcə yerli seçimdə deyil, beynəlxalq arenada da yüksək rəqabətə davamlı olacağından xəbər verir.




