Songfestival Azerbaijan

Portuqaliya təmsilçisindən “Avroviziya” boykotuna dəstək

MƏQALƏNİ PAYLAŞ:

Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsi ərəfəsində Portuqaliya təmsilçiləri tərəfindən ciddi etirazlar baş qaldırıb. Ölkənin “Avroviziya 2025” təmsilçisi olan Napa qrupu, İsrailin müsabiqədə iştirakına etiraz edərək boykot hərəkatına dəstək verdiyini açıqlayıb.

Qrup üzvləri bildiriblər ki, əgər iştirak barədə qərar onların səlahiyyətində olsaydı, müsabiqədən çəkilməyə üstünlük verərdilər. Onlar Rusiyanın kənarlaşdırıldığı bir mühitdə İsrailə icazə verilməsini ikili standart kimi qiymətləndirirlər.

Bu mövqeyə Portuqaliyanın yeganə 2017-ci il “Avroviziya” qalibi Salvador Sobral da qoşulub. O, ölkənin rəsmi yayımçısı olan RTP kanalını “siyasi qorxaqlıqda” ittiham edərək Portuqaliyanı müsabiqəni boykot etməyə çağırıb.

Sobral, İsrailin iştirakına icazə verildiyi müddətcə yarışmanın dəyərlərindən uzaqlaşdığını iddia edərək, 2026-cı ilin yubiley şousunda iştirak dəvətini rədd edib.

Portuqaliyada 22 mindən çox insanın imzaladığı etiraz petisiyasına və sənətçilərin təzyiqinə baxmayaraq, RTP rəhbərliyi müsabiqədə iştirak qərarını dəyişməyib. Yayımçı kanal 2026-cı ildə də səhnədə olacaqlarını təsdiqləyib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49