Songfestival Azerbaijan

“Avroviziya 2026” Mahnı Müsabiqəsinin Aparıcıları Elan Edilib

MƏQALƏNİ PAYLAŞ:

Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək 70-ci yubiley “Avroviziya” mahnı müsabiqəsinin aparıcı heyəti müəyyənləşib.

Avstriyanın ORF ictimai yayımçısının verdiyi qərara əsasən, Avropanın ən böyük musiqi hadisəsinə tanınmış teleaparıcı Viktoriya Svarovski və məşhur aktyor Maykl Ostrovski aparıcılıq edəcək. Hər iki sima ölkənin media məkanında geniş populyarlığa malik olmaqla yanaşı, beynəlxalq tədbirlərdəki təcrübələri ilə də seçilirlər.

Viktoriya Svarovski “Swarovski” imperiyasının varisi olmaqla bərabər, musiqi və televiziya sahəsində uğurlu karyerası ilə tanınır. O, Almaniyanın ən reytinqli layihələrindən biri olan “Let’s Dance” şousunda uzun illər apardığı rəhbərlik sayəsində geniş auditoriyanın rəğbətini qazanmışdır. 

Onun tərəf müqabili olacaq Maykl Ostrovski isə Avstriya kinosunun və teatrının ən parlaq nümayəndələrindən biri hesab olunur. Aktyorun özünəməxsus səhnə xarizmasının və kommunikasiya bacarıqlarının müsabiqəyə xüsusi rəng qatacağı gözlənilir.

Qeyd edək ki, “Wiener Stadthalle” arenasında baş tutacaq müsabiqənin yarımfinalları 12 və 14 may, böyük finalı isə 16 may 2026-cı il tarixlərində keçiriləcək. 

Təşkilat komitəsi bu ilki seçimin həm klassik, həm də müasir Avstriya mədəniyyətini tam əks etdirdiyini bildirib. 

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49