“Avroviziya 2016” təmsilçisi Michał Szpak, Polşa Milli Televiziyasından gələn növbəti iştirak dəvətini geri çevirib.
Məlumata görə, ifaçı Vyanada keçiriləcək müsabiqədə Polşanı yenidən təmsil etmək üçün TVP-dən rəsmi təklif alıb.
Sənətçinin geri qayıtmaq üçün iki mahnısı hazır olsa da, o, Avropa Yayım İttifaqı və müsabiqə ətrafındakı mövcud siyasi gərginlik, həmçinin tədbirin reputasiyasına dair mənfi rəylər səbəbindən bu addımdan imtina edib.
TVP-nin bir neçə digər tanınmış ifaçıya, o cümlədən keçmiş “Avroviziya” və “Uşaq Avroviziyası” iştirakçılarına da oxşar dəvətlər göndərdiyi, lakin onların hər birindən imtina cavabı aldığı bildirilir. Hazırda Polşanın 2026-cı il təmsilçisinin hansı üsulla seçiləcəyi müzakirə mövzusudur.




