Malta öz milli seçim turunu yekunlaşdıraraq builki təmsilçisini elan edib. Uzun müddətdir ölkənin musiqi dünyasında adından söz etdirən Aidan, nəhayət, “Bella” mahnısı ilə qalib gələrək Avroviziya səhnəsinə vəsiqə qazanıb.
Milli seçim turu bir neçə mərhələdən – dörddəbir final və yarımfinallardan ibarət olub. Aidan həm televiziya tamaşaçılarının, həm də peşəkar münsiflərin səsverməsində yüksək xal toplayaraq rəqiblərini qabaqlayıb. Qeyd edək ki, Malta hər il bu müsabiqəyə böyük maraq göstərir və seçim prosesi ölkədə ən çox izlənilənteleviziya hadisələrindən biri hesab olunur.
Aidanın “Avroviziya” cəhdləri yeni deyil. O, daha əvvəl 2018-ci ildə “Dai Laga” və 2022-ci ildə “Ritmu” mahnıları ilə şansını sınamışdı. Xüsusilə “Ritmu” mahnısı Maltada böyük hitə çevrilsə də, o zaman seçimi ikinci yerdə tamamlamışdı. Ötən illərdə bəzi qayda pozuntuları səbəbindən müsabiqədən kənarlaşdırılma hadisəsi ilə də gündəmə gələn ifaçı,il “Bella” ilə geri dönərək rəsmi qalibiyyətini elan etdi.




