“Uuden Musiikin Kilpailu 2026” müsabiqəsində iştirak edəcək yeddi sənətçinin adı açıqlanıb. Onların mahnıları bu gecədən etibarən, yaxın günlərdə ardıcıllıqla yayımlanacaq.
Finlandiyanın ictimai yayımçısı YLE-yə cəmi 491 mahnı təqdim olunub. Onların hər biri ölkənin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim mərhələsi olan UMK-da iştirak etmək uğrunda yarışıb.
Seçilmiş yeddi mahnı 28 fevralda baş tutacaq final şousu zamanı ifa olunacaq:
Etta – Million Dollar Smile
Linda Lampenius x Pete Parkkonen – Liekinheitin
Komiat – Lululai
Sinikka Monte – Ready to LeaveAntti Paalanen – Takatukka
CHACHI – Cherry CakeKIKI – Rakkaudenkipee
UMK 2026 mahnıları 14-22 yanvar tarixləri arasında, Mərkəzi Avropa vaxtı ilə saat 23:00-da yayımlanacaq. Mahnılar çıxdıqca həm bu məqalə, həm də müsabiqə ilə bağlı məlumatlar yenilənəcək.
UMK mahnıları və ifaçıları bu il yenidən bir neçə münsif heyəti tərəfindən seçilib. Ən böyük təsir “Yle Music” rəhbəri Tapio Hakaneni sedrlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən göstərilib.
Peşəkar münsiflərlə yanaşı, seçim prosesində müxtəlif mənşəli və fərqli sahələri təmsil edən beş tamaşaçı münsif heyəti də iştirak edib. Ötən il təqdim edilən bu model uğurlu hesab edildiyi üçün builki seçim prosesində də yenidən tətbiq olunub.




