Ukraynanın “Avroviziya” üçün keçirdiyi milli seçim turunda (Vidbir) həlledici mərhələyə start verilib və finala vəsiqə qazanan 9 iştirakçının mahnı adları artıq ictimaiyyətə açıqlanıb.
Qələbə uğrunda mübarizə aparacaq sənətçilər arasında ötən il Ukraynanı uğurla təmsil edən Jerry Heil “CATHARTICUS (prayer)” mahnısı ilə yenidən diqqət mərkəzindədir.
Siyahıda həmçinin LAUD (“Lightkeeper”), LELÉKA (“Рідним”), MOLODI (“THE LEGENDS”), Monokate (“Ти тут”), Mr. Vel (“Do Or Done”), The Elliens (“Crawling Whispers”), Valeriya Force (“Open Our Hearts”) və ЩукаРиба (“Моя земля”) kimi müxtəlif janrlı ifaçılar yer alıb.
Bu doqquz finalçı arasından ən güclü performansı göstərən sənətçi ölkəsini mötəbər musiqi yarışmasında təmsil etmək hüququ qazanacaq.




