Fransız mediasının yaydığı son məlumatlara görə, Fransa Televiziyası “Avroviziya 2026” hazırlıqlarına start verib və ölkəni təmsil edə biləcək iddialı namizədlərin siyahısını müəyyənləşdirib.
Hazırda müzakirə olunan sənətçilər arasında Zaz, Indila, Gojira, Yseult, Lucky Love, Claudio Capéo, Linh, Santa, Pierre Garnier və Oklou kimi məşhur adlar yer alır. Yayımçının xüsusilə Zaz və Yseult ilə yaxından maraqlandığı və artıq onlarla ilkin təmasda olduğu bildirilir.
Son illərdə uğurlu nəticələr qazanan Fransanın təmsilçisini növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
Ölkə bu il də daxili seçim yoluna üstünlük verərək Vyanada keçiriləcək müsabiqədə qələbəni hədəfləyir.




