Avroviziya ilə bağlı məlumat yayan Yunanıstan bloglarından biri olan Eurovisionfun, EBU üzvlərinin İsrailin “Avroviziya 2026”da iştirakının davam etdirilməsi ilə bağlı aparıldığı iddia olunan səsvermənin nəticələrini açıqlayıb. Blogun paylaşdığı siyahıda Azərbaycanın İsrailin yarışmada qalmasına “Yes” dediyi qeyd olunur.


Bu, Azərbaycanın İsrailin müsabiqədə iştirakını dəstəklədiyi ehtimalını yaradır. Lakin qeyd etmək lazımdır ki, məlumat rəsmi deyil və hazırda EBU tərəfindən mövzu ilə bağlı heç bir açıqlama verilməyib.



