“All Music Italia” ənənəvi olaraq Sanremo 2026-da “Campioni” kateqoriyasında yarışma ehtimalı ən yüksək olan artistlərin siyahısını açıqlayıb. Siyahıya həm tanınmış adlar, həm də daha əvvəl İtaliyanı Avroviziyada təmsil etmiş sənətçilər daxildir.
ARISA
BIGMAMA
CARL BRAVE
DARGEN D’AMICO
EDDIE BROCK
ELETTRA LAMBORGHINI
EMMA
EMMA NOLDE & …
ERMAL META
FAST ANIMALS AND SLOW KIDS
FRED DE PALMA
FULMINACCI
J-AX
LEO GASSMANN
LEVANTE
LUCHÈ
MADAME
MALIKA AYANE
MARA SATTEI feat. thasup
MARCO MASINI & FEDEZ
MICHELE BRAVI
NADA
NAYT
PATTY PRAVO
SAL DA VINCI
SERENA BRANCALE
TREDICI PIETRO
TOMMASO PARADISO
VENERUS
ZERO ASSOLUTO
30 noyabrda RAI1-də Sanremo 2026-nın aparıcısı və bədii rəhbəri Carlo Conti festivalın rəsmi iştirakçılarını elan edəcək. Bu festival vasitəsilə həm də İtaliyanın Avroviziya 2026 təmsilçisi seçiləcək.
Sanremo 2026-da ümumilikdə 30 artist yarışacaq. Onlar həm Qızıl Şir mükafatı, həm də İtaliyanı Vyanada təmsil etmək imkanı uğrunda mübarizə aparacaqlar.
Festivalın qalibi istəyərsə, İtaliyanı Avroviziyada təmsil edəcək. Qalib bunu istəməzsə, RAI öz seçim kriteriyalarına əsasən festivaldakı digər iştirakçılardan birini seçəcək.




