Avroviziya sadəcə yarış deyil; hər il milyonlarla insanı bir araya gətirən böyük bir musiqi hadisəsidir. İndi isə təşkilatçılar bu enerjini səhnədən şəhərlərə daşımaq qərarına gəliblər. PBS verdiyi məlumata əsasən 2026-cı ilin iyun və iyul aylarında Avroviziya turunun keçiriləcəyi açıqlanıb. Bu kimi turlar 2007-2008-ci illər arasında Qaliblər turu başlığı ilə keçirilib.
Bu turun ideyası sadədir: müsabiqənin sevilən ifaçıları yarışma bitdikdən sonra da pərəstişkarlarla canlı ünsiyyətdə olsun, mahnılar böyük arenalardan çıxıb küçələrə, şəhərlərə yayılsın. Bir sözlə, Avroviziya dinamikası daim aktiv qalsın.
Məlumata görə, tur bir neçə Avropa şəhərini əhatə edəcək. Hansı şəhərlərin siyahıya düşəcəyi hələ açıqlanmasa da, Avroviziya fanatlarının çoxdan gözlədiyi bu təşəbbüs artıq böyük maraq yaradıb.
Bu tur Avroviziyanın gələcəyində yeni bir ənənənin başlanğıcıdır. Müsabiqə bir gecəlik yarış olmaqdan çıxıb, yay boyunca davam edən canlı bir musiqi festivalına çevrilə bilər. İstər qalib, istər finalçılar, fanatların sevdiyi o “gizli favoritlər” hamısı bu turda səhnəyə çıxıb öz auditoriyası ilə birbaşa təmasda ola biləcək.
Xatırladaq ki, Avqust ayında Litva nümayəndə heyətinin rəhbəri Giržadasın sözlərinə görə, Avroviziya Mahnı Müsabiqəsinin finalında yarışacaq 10 sənətçi müsabiqədən sonra Avropada turunda iştirak etmək üçün dəvət olunacaq.




