Avroviziya 2026-nın yaxınlaşması ilə diqqət mərkəzinə bu dəfə Qazaxıstan düşüb. Yarışmanın 70 illiyi gələn il Vyana Musiqi Mərkəzində qeyd ediləcək və məhz bu yubiley ərəfəsində Mərkəzi Asiyadan gələcək ilk iştirak ehtimalı Avroviziya aləmini həyəcanlandırıb.
İllərdir yarışmaya qoşulmaq arzusunu dilə gətirən Qazaxıstan bu dəfə Avropa Yayım BİRLİYİ ( AYB) ilə yenidən danışıqlara başlayıb. Daxili mənbələrə görə, ölkənin ilk tarixi çıxışı bu dəfə gerçəyə çevrilə bilər.
Ölkənin ictimai televiziyası Khabar Agentliyi 2016-cı ildən bəri AYB-in assosiasiyalı üzvüdür və Avroviziyanı uzun illərdir yayımlayır. Bu, Qazaxıstanda güclü və fəal bir Avroviziya icmasının formalaşmasına səbəb olub. Lakin Qazaxıstanın yarışmada iştirak etməsi üçün hələ də UER-in xüsusi dəvəti lazımdır – bu isə yalnız istisna hallarda baş verir.
Xatırladaq ki, Avstraliya 2015-ci ildə Avroviziyanın 60 illiyi münasibətilə eyni statusda yarışmaya dəvət almış və həmin il tədbir Vyanada keçirilmişdi. Buna görə bir çox ekspertlər hesab edir ki, 70 illik yubiley AYB üçün Asiyaya doğru yeni addım atmaq baxımından mükəmməl fürsət ola bilər.
Hazırda AYB məsələ ilə bağlı rəsmi mövqe bildirməyib. Yarışmaya qatılacaq ölkələrin tam siyahısı dekabr ayında açıqlanacaq. İştirak təsdiqləri üçün son tarix dekabrın ortalarına qədər uzadılıb ki, bu da Qazaxıstana hələ bir az ümid şansı verir.
Qazaxıstanın iştirakçı təsdiqlənərsə, bu, ölkənin ilk debütü və son on ildə Avroviziyada çıxış edən yeganə yeni ölkə olacaq.




