Songfestival Azerbaijan

Bolqarıstanı Avroviziya 2026-da Mona təmsil edəcək?

MƏQALƏNİ PAYLAŞ:

Sosial şəbəkələrdə verdiyi açıqlamalarla Avroviziya fanatlarının diqqət mərkəzinə düşən bolqar müğənni Mona, 2026-cı ildə ölkəsini yarışmada təmsil edə biləcək ən güclü namizədlərdən biri hesab olunur.

Gənc ifaçı instaqramda paylaşdığı açıqlamada Avroviziyada iştirak arzusunu dilə gətirib. Əslində, belə bəyanatları tez-tez eşidirik, lakin Monanı fərqləndirən bir məqam var: o, sentyabr ayında çıxan “Male” adlı mahnısı ilə böyük diqqət qazandı və Avroviziya icmasının bloqlarından olan Wiwiblogs tərəfindən xüsusi şəkildə dəstəkləndi.

Bloqda onun çıxışlarının paylaşılması, dinləyicilərin müsbət reaksiyası və artan populyarlığı Monanın adını daha da önə çıxardı. Maraqlıdır ki, bu hadisələrdən cəmi bir neçə həftə sonra Bolqarıstan rəsmi olaraq üç illik fasilədən sonra Avroviziyaya geri döndüyünı açıqladı. Bəlkə də axtardıqları mahnını tapmışdılar.

Bu təsadüf deyilsə, deməli, Mona-nın Vyana səhnəsinə çıxması ehtimalı getdikcə artır. Rəsmi təsdiq olmasa da, Avroviziya pərəstişkarları artıq onu Bolqarıstanın mümkün təmsilçisi kimi görməyə başlayıblar.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106