Portuqaliyanın ictimai televiziya kanalı RTP rəsmən açıqlayıb ki, ölkənin növbəti Avroviziya təmsilçisi “Festival da Canção 2026” vasitəsilə seçiləcək. Bu il yarışmada ümumilikdə 16 mahnı mübarizə aparacaq. Onlardan 8-i RTP tərəfindən birbaşa dəvət olunan bəstəkarların işi olacaq, 6-sı isə açıq müraciət prosesi ilə seçilib. Bundan başqa müsabiqənin 2025-ci ilin qalibləri NAPA isə bir ifaçını yarışmaya dəvət edəcək.
Seçim mərhələsi iki yarımfinaldan ibarət olacaq – 21 və 28 fevral tarixlərində keçiriləcək bu yarımfinallardan sonra finala yüksələnlər 7 mart 2026-cı ildə baş tutacaq Böyük Finalda yarışacaqlar. Bu, “Festival da Canção”nun 60-cı yubiley buraxılışı olacaq.
Qalib mahnı Portuqaliyanı 2026 Avroviziya Mahnı Müsabiqəsində, gələn ilin may ayında Avstriyanın paytaxtı Vyanada təmsil edəcək.
RTP tərəfindən dəvət olunan 8 bəstəkar:
André Amaro
Bandidos do Cante
Bateu Matou
Cristina Branco
Djodje
EVAYA
Inês Sousa
Marquise
Açıq seçimlə seçilən 6 iştirakçı:
AGRIDOCE
Francisco Fontes
Gonçalo Gomes
Jacaréu
Rita Dias
Sandrino
Xatırladaq ki, Portuqaliyanı Avroviziya 2025-də NAPA qrupu “Deslocado” adlı mahnı ilə təmsil etmiş və 50 xalla 21-ci sırada yarışmanı tamamlamışdır.




