Avstriyanın ORF kanalının baş direktoru Roland Vaysman həftəsonu İsrailə səfər edərək İsrailin baş naziri və dövlət kanalı Kan nümayəndələri ilə görüş keçirib.
Görüşdən sonra ORF və Kan birgə açıqlama yayıblar:
“İsrail Avropanın ayrılmaz hissəsidir. Biz ‘Kan’ telekanalının müstəqil yayımlayıcı kimi fəaliyyətini dəstəkləməyə davam edəcəyik. Dekabrın əvvəlinədək bütün ölkələrin yarışmada qalması üçün danışıqlarımız davam edəcək.”
Roland Vaysman həmçinin bildirib:
“Avroviziyanın 70 illik yubileyinə yaraşan bir bayram atmosferi yaratmaq üçün bütün ölkələrdən siyasəti bir kənara qoyaraq yarışmaya qatılmalarını gözləyirik. Bu, boykot zamanı deyil. Əlbəttə, geri çəkilmək istəyənlər olarsa, yarışma bir-iki ölkə az olsa belə davam edəcək. İsrail iştirak etmək istəsə, biz buna heç vaxt mane olmayacağıq.”




