Songfestival Azerbaijan

Azərbaycan ardıcıl üçüncü dəfə “Avroviziya” finalına vəsiqə qazana bilmədi

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycan, 2025 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalında iştirak etsə də, təəssüf ki, finala vəsiqə qazana bilmədi.  Ölkəni “Run with U” adlı mahnı ilə Mamagama qrupu təmsil edirdi.  Bu mahnı İctimai Televiziya (İTV) tərəfindən daxili seçim yolu ilə seçilmişdi.  Lakin 13 may tarixində keçirilən yarımfinalda Azərbaycan, Belçika, Xorvatiya, Kipr və Sloveniya ilə birlikdə finala keçə bilməyən ölkələr arasında oldu  .

2025 Avroviziya Finalına vəsiqə qazanan ölkələr

17 may tarixində İsveçrənin Bazel şəhərində keçiriləcək böyük finalda aşağıdakı ölkələr iştirak edəcək:

Birinci yarımfinaldan vəsiqə qazananlar;

Norveç
Albaniya
İsveç
İslandiya
Niderland
Polşa
San Marino
Estoniya
Portuqaliya
Ukrayna 


İkinci yarımfinal 15 may tarixində keçiriləcək və daha 10 ölkə finala vəsiqə qazanacaq.  Finalda ümumilikdə 26 ölkə iştirak edəcək.

Teymur İbrahimov
Teymur İbrahimov
Articles: 13