Songfestival Azerbaijan

Mamagama “Firuzəyi Xalıda”

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycan nümayəndə heyəti Firuzəyi Xalı mərasimində yalnız musiqi ilə deyil, dəbli və mənalı geyimləri ilə də böyük təəssürat yaratdı. Layihənin stil konsepti modelyer Niqamat Qurbanovun kurasiyası ilə hazırlanıb. Geyimlər Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xalçaların Dili” və “Şəbəkə” adlı kolleksiyalarından ilham alınıb.

Mamagama qrupu, bek-vokalçılar və nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova məhz bu kolleksiyaya məxsus geyimlərlə səhnəyə çıxdılar. Xüsusilə “Xalçaların Dili” kolleksiyası qədim ornamentləri müasir estetikayla təqdim edir və artıq 8 ölkədə nümayiş olunaraq beynəlxalq mükafatlar qazanıb.

Qara, mavi və qızılı tonların harmoniyası, buta və xalça naxışlı detallarla bəzədilmiş geyimlər milli kimliyimizi ön plana çıxarırdı. Mamagama üzvləri bu geyimlərlə sadəcə görünüşləri ilə deyil, verdikləri mesajla da mədəni irsimizi təbliğ etdilər. Nurlana Cəfərovanın “Şəbəkə” kolleksiyasından seçilmiş libası isə klassikanı müasirliklə vəhdətdə təqdim etdi.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106