Songfestival Azerbaijan

Mamagama ikinci məşqini uğurla başa vurdu

MƏQALƏNİ PAYLAŞ:

İsveçrənin Basel şəhərində keçirilən Avroviziya 2025 Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndəsi həm musiqisi, həm də səhnə təqdimatı ilə beynəlxalq tamaşaçıların diqqətini cəlb etməyi bacardı. Təmsilçimizin ifası emosional dərinliyi və güclü vokalı ilə seçilsə də, səhnə quruluşu və geyim seçimi də az rol oynamadı.

Səhnə performansında istifadə olunan işıq effektləri və vizual animasiyalar musiqinin ritminə uyğun şəkildə qurulub, Xoreoqrafiya isə minimalizm və ifadəlilik arasında uğurlu bir balans yaratdıb. Geyim üzərində isə Azərbaycanlı Niko (Niqamət Qurbanov) çalışıb. Bütün bu elementlər birlikdə Azərbaycan təmsilçisinin ifasını daha da təsirli edib. Geyimdə həm müasir moda trendləri, həm də milli naxışlara işarə edən incə detallar bir araya gətirilmişdi. Solistin əlcəyində Xarıbülbül detayınada yer verilib. Parça seçimi, kəsim forması və rənglər mahnının ruhuna uyğunlaşdırılmış, eyni zamanda səhnə işıqları altında parlayacaq şəkildə dizayn olunmuşdu.

Səhnə quruluşu üzrə Ace Bowerman, Xareoqrafiya üzərində isə Niderland dan olan Jorge Antonio çalışıb.

Azərbaycan bu il Avroviziyada yalnız musiqi ilə deyil, vizual estetikası və peşəkar təqdimatı ilə də yüksək səviyyədə təmsil olunacaq.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106