Azərbaycanın Avroviziya 2025 şərhçiləri bəlli oldu. İfaçı, musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova ilə televiziya və radio aparıcısı Ağa Nadirov bu ilki müsabiqəni canlı şərh edəcəklər. 69-cu Avroviziya Mahnı Müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziya vasitəsilə birbaşa yayımlanacaq. Azərbaycan təmsilçisi isə birinci yarımfinalda 10-cu nömrə altında səhnəyə çıxacaq




