Songfestival Azerbaijan

Xorvatiya “Poison Cake” ilə Avroviziya masasında

Xorvatiya’nı 2025-ci ildə keçiriləcək Avroviziya mahnı müsabiqəsində “Marko Bosnjak” “Poison cake” adlı mahnı ilə təmsil edəcək. Mahnının müəllifləri Bas Wissink, Ben Pyne, Emma Gale və müğənninin özüdür.

“Marko Bosnjak” Avroviziya 2025’də təmsilçi olmaq hüququnu Milli final olan “Dora 2025” vasitəsilə əldə edib. Milli final ölkənin Opatija şəhərində, Marino Cvetković adına idman kompleksində baş tutub. Təmsilçi jüri və tamaşaçı səsləri ilə müəyyən edilib. “Marko Bosnjak” jürinin qalibi, tamaşaçı səsverməsində isə 4 cü, nəticə etibarilə 1ci yerdə müsabiqəni tamamlayaraq 16 iştirakçı arasından seçilib və Avroviziya 2025’də təmsilçi olmaq hüququ əldə edib.

“Marko Bosnjak” Avroviziya 2025’də 1ci yarıfinalın 2ci yarısında çıxış edəcək.

“Poison Cake” mahnısını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: