Songfestival Azerbaijan

Çexiyanı slovak əsilli Adonxs təmsil edəcək

Çexiyanı “Avroviziya 2025” mahnı müsabiqəsində Adonxs( əsl adı Adam Pavlovčin) təmsil edəcək!

Slovakiyada doğulan sənətçi bir müddət vətənində yaşayıb, ilk təhsilini aldıqdan sonra 16 yaşında bir Model Agentliyi ilə müqavilə bağladı. İrəliləyən dönəmlərdə isə musiqi təhsilini Londonda davam etdirdi və Londonda əsası qoyulmuş “Pace” qrupunun əsas solisti oldu. 2022-ci ildə isə karyerasına solo davam edən Adonxs 2022-ci ildə “ Age of Adonxs” adlı ilk solo albomunu təqdim etdi. Albom böyük uğurlar qazanır, Böyük Britaniyada, Çexiyada və Macarıstanda çartlara düşməkdən əlavə Slovakiyada ilin albomu seçildi. Eyni zamanda Bratislavada keçirilən mükafatlandırma mərasimində “İlin kişi sənətçisi” və “Ən yaxşı yeni sənətçi” nominasiyalarında 1-ci seçildi.

Çex yayımçı kanalı ČT 11 dekabrda ictimaiyyətə ölkəni təmsil edəcək sənətçinin Adonxs olduğunu bəyan etdi. İrəliləyən günlərdə isə mahnının adının “Kiss Kiss Goodbye” olduğunu, mahnının hərəkətli və təsirli olması ilə yanaşı “dance break” hissəsinə də sahib olduğu Adonxs tərəfindən açıqlandı. Eyni zamanda sənətçi mahnısının akustik versiyasını Malta Milli Seçim Turunun yarımfinalında canlı olaraq səsləndirdi.