Songfestival Azerbaijan

Albaniya “Zjerm” deyəcək!

Albaniyanı 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya Mahnı Müsabiqəsi”ndə Shkodra Elektronike qrupu təmsil edəcək. Onlar “Zjerm” adlı mahnı ilə iştirak edəcəklər.



“Zjerm” mahnısının müəllifləri Beatriçe Gjergji və Lekë Gjeloshidir.
Shkodra Elektronike qrupu 2024-cü ilin dekabrında keçirilən “Festivali i Këngës” müsabiqəsində qalib gələrək Albaniyanı 2025-ci il Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, Albaniyanın mahnısı ilin favoritlərindən sayılır.