Azərbaycanı 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya Mahnı Müsabiqəsi”ndə “Mamagama” qrupu təmsil edəcək.
“Mamagama” 2021-ci ildə yaradılıb və rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. Qrupun tərkibi aşağıdakı kimidir:
Asəf – frontmen və əsas vokalçı
Hass – gitara ifaçısı
Arif – zərb alətləri ifaçısı
Qrup 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında “Best New International Artist” kateqoriyasında qalib olub.
“Mamagama” qrupu 2023-cü ildə də “Avroviziya” müsabiqəsinə namizədliyini irəli sürmüşdü, lakin seçilməmişdi.
Qrupun solisti Asəf və digər üzvləri 2025-ci ildə keçiriləcək müsabiqədə ölkəmizi təmsil edəcəklər.
