Songfestival Azerbaijan

Irudan sərt reaksiya!

Gürcüstanın keçmiş “Avroviziya” təmsilçisi Iru ölkəsinin yeni mahnısını bəyənmədiyini açıqladı

Gürcüstanın “Avroviziya 2023” təmsilçisi Iru sosial media hesabında bu il ölkəsini təmsil edəcək mahnı ilə bağlı fikirlərini bölüşüb. O, açıq şəkildə bəyan edib ki, seçimdən razı qalmayıb, lakin yenə də Gürcüstan nümayəndə heyətinə uğurlar arzulayır.

Iru “Instagram” paylaşımında bunları qeyd edib:

“Bu video təmsilçi haqqında deyil! Bu mənim mahnı barəsindəki şəxsi fikrimdir. Ona görə də, sözlərimi təhrif etməyin! Ölkəm yaxşı nəticə qazansa, əlbəttə ki, sevinəcəyəm. Heyətə uğurlar arzulayıram.”

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müxtəlif reaksiyalarla qarşılanıb. Bəziləri onun fikirlərini dəstəkləsə də, digərləri bu cür açıqlamanın komandaya mənfi təsir göstərə biləcəyini düşünür..