İsrailin Avroviziya 2018 qalibi Netta sosial media hesabında builki müsabiqənin qalibi ilə bağlı proqnozunu paylaşıb. Öncəki illərdə də dəqiq təxminləri ilə yadda qalan sənətçi, bu dəfə Finlandiyanın təmsilçisi Erika Vikmanın “Ich Komme” mahnısının Avroviziya 2025-in qalibi ola biləcəyini bildirib.
Netta, öz paylaşımında Erika Vikmanın çıxışını yüksək qiymətləndirərək, onun səhnə performansının və mahnısının yarışmada böyük təsir yaradacağını vurğulayıb. Məşhur müğənninin bu proqnozu sosial mediada böyük marağa səbəb olub və Avroviziya fanatları arasında geniş müzakirə edilib.
Qeyd edək ki, Erika Vikman Finlandiyanı Avroviziya 2025-də təmsil edəcək və onun ifa edəcəyi “Ich Komme” mahnısı artıq bir çox ölkədə populyarlıq qazanıb. Avroviziya həvəskarları və ekspertlər isə Netta’nın bu dəfə də haqlı olub-olmayacağını yarışın finalında görəcəklər.
