Polşa, 2025-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində tanınmış müğənni Justyna Steczkowska ifa edəcəyi “GAJA” adlı mahnı ilə təmsil olunacaq. Justnya, 1995-ci ildə də Polşanı Avroviziyada təmsil etmişdir.
Müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək və Polşanın təmsilçisi birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də baş tutacaq.
