14 noyabrda Banqkokda keçiriləcək ilk “Avroviziya Asiya” Mahnı Müsabiqəsində ev sahibi ölkə Taylandı MANG & DAOU dueti “กลิ่นราตรี (Aroma)” adlı mahnısı ilə təmsil edəcək.
Ölkənin kommersiya yayımçısı “Channel 3” təmsilçini müəyyən etmək üçün “Thailand’s Chosen One” adlı milli seçim turu təşkil etmişdi. Ümumilikdə 10 iştirakçının mübarizə apardığı 27 sentyabr gecəsində münsif, yerli və beynəlxalq(onlayn) xalq səsverməsi nəticələrinə əsasən MANG & DAOU dueti ölkəni təmsil etmək hüququnu əldə etdi.




