Songfestival Azerbaijan

Aina Abdul “Avroviziya Aisa”da Malayziyanı təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Malayziya ilk dəfə keçiriləcək “Avroviziya Asia” müsabiqəsində ölkəni təmsil edəcək mahnı və ifaçısını açıqlayıb. 

Banqkokda noyabrın 14-də baş tutacaq şouda ölkəni “Bluest Sky” mahnısı ilə müğənni və bəstəkar Aina Abdul təmsil edəcək.

Malayziyanın musiqi səhnəsində güclü vokalı, emosional ifaları və qeyri-adi səhnə tərzləri ilə tanınan Aina Abdul ölkənin ən nüfuzlu musiqi mükafatlarından olan “Anugerah Juara Lagu” müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olub. 

Sənətçinin Mac Chew ilə birlikdə yazdığı bu mahnı Butan, Filippin, Cənubi Koreya, Tailand, Laos, Vyetnam, Banqladeş və Nepaldan sonra müsabiqəyə təqdim olunan növbəti iştirakçı mahnısı olub. 

Aina Abdul bu beynəlxalq hüququ avqust ayında keçirilən “AJL” yarışmasının 40-cı buraxılışında qazanıb. 

Qeyd edək ki, müsabiqənin qalan son iştirakçısı Kambocanın oktyabrda baş tutacaq milli seçimlərindən sonra bəlli olacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 107