Bu gün keçirilən mətbuat konfransında nümayəndə heyəti Avroviziya ilə bağlı mühüm sualları cavablandırıb.
İlk olaraq nümayəndə heyətinin mətbuat katibi Turab Teymurov jurnalistlərin “İsrail iştirak etməsə, Azərbaycan da müsabiqədən çəkiləcəkmi?” sualına münasibət bildirib. O, bu məsələyə siyasi yanaşmadıqlarını vurğulayıb:
“Bizim üçün əsas olan ölkəmizin layiqli təmsili və təmsilçimizin istedadının göstəricisidir. İsrailin iştirak edib-etməməsi bizim mövqeyimizə təsir göstərmir”, – deyə Turab Teymurov bildirib.
Daha sonra nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova Avroviziya 2026 üçün mahnı seçimi prosesi barədə danışıb. Onun sözlərinə görə, hazırlıqlara böyük ehtimalla oktyabrdan sonra start veriləcək:
“Hazırda diqqətimizi Uşaq Avroviziyasına yönəltmişik. Böyük Avroviziya üçün isə işlər payızdan sonra başlayacaq”, – deyə o əlavə edib.
Beləliklə, Azərbaycanın Avroviziya 2026 yol xəritəsi artıq müəyyənləşmək üzrədir. Təmsilçimizin seçimi və təqdim ediləcək mahnı ilə bağlı hazırlıqlar yaxın aylarda sürət qazanacaq.




