14 noyabr Bakı vaxtı ilə 17.30-da Taylandda ilk “Avrovizita Mahnı Müsabiqəsi Asiya” keçiriləcək.
İlk buraxılışda 11 ölkə iştirak edəcək:
Banqladeş🇧🇩, Butan🇧🇹, Kamboca🇰🇭, Laos🇱🇦, Malayziya🇲🇾, Monqolustan🇲🇳, Nepal🇳🇵, Filippin🇵🇭, Cənubi Koreya🇰🇷, Tayland🇹🇭 və Vyetnam🇻🇳
Müsabiqə “One Bangkok Forum” arenada baş tutacaq. Qalib Avroviziyada olduğu kimi 50% münsif və 50% telesəsvermə nəticələrinə əsasən müəyyən olunacaq. Eyni zamanda bütün dünyadakı tamaşaçıların səs verə biləcəyi “Rest of the World” səsverməsi də əlçatan olacaq.
Yarışmaya Woody Milintachinda və Cindy Bishop aparıcılıq edəcək. Bundan əlavə qonaqlar arasında “Avroviziya 2026” qalibi Bolqarıstan təmsilçisi DARA və eyni zamanda məşhur tay aktyor və müğənni Jeff Satur da yer alacaq. Bundan əlavə, azərbaycanlı gənc istedad Jamal da “Warm up Act” kimi ZOOP platformasının vasitəsilə çıxış edəcək.




