Songfestival Azerbaijan

Nepalı “Avroviziya Asiya”da Pratik Himal Rai təmsil edəcək 

MƏQALƏNİ PAYLAŞ:

“Avroviziya Asiya” mahnı müsabiqəsində Nepalın təmsilçisi və səhnədə səsləndiriləcək mahnı bəlli olub.

Ölkədə keçirilən “Nepal Decides” milli seçim turunun yekun nəticələrinə əsasən, Pratik Himal Rai ifa etdiyi “Ananta Maya” adlı bəstəsi ilə müsabiqədə ölkəsini təmsil etmə haqqı qazanıb. 

Pratik Himal Rai Nepalın müğənni-bəstəkardır. Müasir pop və nepal folklor elementlərini özündə birləşdirən sənətçi yarışmada ifa edəcəyi “Ananta Maya” mahnısının həm sözlərinin, həm də musiqisinin müəllifidir. O, milli seçim turunda həm peşəkar münsiflər heyətinin, həm də tamaşaçı səsverməsinin nəticələrinə görə ən yüksək xalı toplayaraq Nepalın yarışmadakı ilk təmsilçisi kimi tarixə düşüb.

Layihə üzərində hazırlıq işlərinə artıq start verilib. Səhnə şousunun quruluşu və tərtibatı ilə bağlı təfərrüatların yaxın vaxtlarda təqdim olunacağı gözlənilir.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 107