Cənubi Koreyanı “Avroviziya Asiya” Mahnı Müsabiqəsində müğənni JUNHEE təmsil edəcək.
O, ENA kanalında yayımlanan “Korea’s Next Wave” milli seçim şousunda “Deep Dive” adlı mahnısı ilə qalib gələrək bu hüququ qazanıb.
Yarışmanın finalında 8 ifaçı iştirak edib, qalib isə münsiflər heyəti və tamaşaçı səsverməsi əsasında seçilib.
Gerçək adı Park Jun-hee olan sənətçi K-pop qrupu A.C.E-in lideri və vokalçısıdır. Qrup fəaliyyəti ilə yanaşı, o, televiziya seriallarında və teatr-müzikl layihələrində rollar alıb. Sənətçi paralel olaraq solo karyerasını da davam etdirir.
JUNHEE noyabr ayında Banqkokda keçiriləcək müsabiqədə Cənubi Koreya adına səhnəyə çıxacaq.


