“Avroviziya Asiya” Mahnı Müsabiqəsində Filippini təmsil edəcək ifaçı və mahnı bəlli olub. Ölkəni yarışmada Carmelle “Sobra-Sobra” adlı mahnı ilə təmsil edəcək.
18 yaşlı müğənni Carmelle musiqi karyerasına uşaq yaşlarında başlayıb. O, 2019-cu ildə “The Voice Kids Philippines” yarışmasının finalçısı olub. Daha sonra 2025-ci ildə Filippinin məşhur “Tawag ng Tanghalan: The School Showdown” şousunda birinci yeri tutaraq ölkə miqyasında tanınıb.
Müğənni həmçinin İfaçılıq Sənətləri üzrə Dünya Çempionatında Filippini təmsil edərək müxtəlif kateqoriyalarda medallar qazanıb.
“Sobra-Sobra” mahnısı tezliklə bütün rəqəmsal musiqi platformalarında dinləyicilərə təqdim olunacaq.


