Songfestival Azerbaijan

Nyendra “Rhythm of Bhutan 2026”-ın qalibi oldu!

MƏQALƏNİ PAYLAŞ:

Butanda keçirilən “Rhythm of Bhutan 2026” milli seçimində Thukten Nyendra “Lhayi Semo” mahnısı ilə qalib gəlib. Bununla o, noyabrın 14-də Taylandın Bangkok şəhərində keçiriləcək ilk “Avroviziya Asiya” müsabiqəsində Butanı təmsil edəcək.

Milli seçimdə ümumilikdə beş iştirakçı mübarizə aparıb. Nyendra ilə yanaşı The Sangay Lhaden Band – “Pemi Tshewang Tashi”, Baeyul 301 – “Drenpa”, Karma Drupchu – “Pha Yuel” və Pelden Wangchuk – “Jo’Druel” səhnəyə çıxıb.

Müsabiqənin nəticələri peşəkar münsiflər heyətinin səsi (40%), Bhutan ictimaiyyətinin səsi (40%) və beynəlxalq tamaşaçı səsverməsinin (20%) birləşdirilməsi əsasında müəyyənləşdirilib.

Yekun nəticələr:

🥇 Nyendra – “Lhayi Semo” — 52 xal
🥈 The Sangay Lhaden Band – “Pemi Tshewang Tashi” — 41 xal
🥉 Baeyul 301 – “Drenpa” — 36 xal
4️⃣ Karma Drupchu – “Pha Yuel” — 32 xal
5️⃣ Pelden Wangchuk – “Jo’Druel” — 19 xal

24 yaşlı Nyendra müğənni, bəstəkar və prodüser kimi fəaliyyət göstərir. “Lhayi Semo” mahnısının müəllifləri Nyendra və Lungten Wangchukdur.

Beləliklə, Nyendra “Avroviziya Asiya”-nın ilk buraxılışında Butanı təmsil edəcək. Müsabiqənin finalı 14 noyabrda Bangkokda keçiriləcək.

Ramin İmanov
Ramin İmanov
Articles: 74