Songfestival Azerbaijan

“Avroviziya 2026″nın qalibi Bolqarıstan oldu: DARA həm münsiflərin, həm də xalqın birincisidir

MƏQALƏNİ PAYLAŞ:

Vyanada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsi başa çatdı. Səsvermənin nəticələrinə əsasən, Bolqarıstan təmsilçisi DARA “Bangaranga” mahnısı ilə builki müsabiqənin qalibi oldu.

Sənətçi münsif səsverməsindən 204 bal, xalq səsverməsindən isə 312 bal toplayaraq, ümumilikdə 516 xalla birinci pillədə qərarlaşıb. DARA həm münsiflərin, həm də xalqın ortaq seçimi olaraq 2017-ci ildən sonra hər iki səsvermədə eyni anda qalib gələn ilk iştirakçı kimi tarixə düşüb. Sonuncu dəfə bu uğura 2017-ci ildə Portuqaliya təmsilçisi Salvador Sobral imza atmışdı.

Qələbə anında səhnəyə dəvət olunan DARA simvolik kristal mikrofonu qəbul edərək qalibiyyət mahnısını yenidən ifa edib.

Finalın yekun sıralamasında ilk onluq belə formalaşıb:

Bolqarıstan (516 xal) birinci, İsrail (343 xal) ikinci, Rumıniya (296 xal) isə üçüncü yerdə qərarlaşıb. Onların ardınca Avstraliya, İtaliya, Finlandiya, Danimarka, Moldova, Ukrayna və Yunanıstan gəlir.

Siyahının digər pillələrində Fransa (11), Polşa (12) və Albaniya (13) yer alıb. Ev sahibi Avstriya 6 xalla 24-cü, Birləşmiş Krallıq isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb.

DARANIN bu nəticəsi ilə gələn il müsabiqəyə ev sahibliyi etmək hüququ Bolqarıstana keçib.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 97