Vyanada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi yekunlaşıb. Azərbaycanı “Just Go” mahnısı ilə təmsil edən JİVA (Cəmilə Həşimova) nümayiş etdirdiyi performansa baxmayaraq, səsvermə nəticəsində finala vəsiqə qazana bilməyən ölkələr sırasında yer alıb.
Xatırladaq ki, Azərbaycan ardıcıl olaraq dördüncü ildir ki, “Avroviziya”da finala vəsiqə qazana bilmir. Ölkəmiz sonuncu dəfə 2022-ci ildə final mərhələsində mübarizə aparıb; 2023, 2024, 2025 və 2026-cı illərdə isə yarımfinal səddini keçmək mümkün olmayıb.
Builki yarımfinalda Azərbaycanla yanaşı, Lüksemburq, Ermənistan, İsveçrə və Latviya da finala adlaya bilməyən ölkələr olub.
İkinci yarımfinalın nəticələrinə əsasən, finala vəsiqə qazanan 10 ölkə bunlardır: Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiya.
Müsabiqənin böyük finalı mayın 16-da baş tutacaq. Həmin gecə yarımfinallardan seçilən ölkələrlə yanaşı, ev sahibi Avstriya və birbaşa finalçı statusuna malik “Böyük Beşlik” ölkələri (Almaniya, Birləşmiş Krallıq, Fransa və İtaliya) səhnəyə çıxacaqlar. Final gecəsinin sonunda “Avroviziya 2026”-nın qalibi bəlli olacaq.




