Songfestival Azerbaijan

“Avroviziya 2026”: İlk finalçılar bəlli oldu – Böyük finala kimlər keçdi?

MƏQALƏNİ PAYLAŞ:

Vyanada keçirilən “Avroviziya 2026” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi yekunlaşıb və böyük finalda iştirak edəcək ilk 10 ölkənin adı açıqlanıb.

Gərgin keçən səsvermənin nəticələrinə əsasən: Yunanıstan, İsrail, Finlandiya, Serbiya, Belçika, Xorvatiya, İsveç, Litva, Moldova və Polşa təmsilçiləri performansları ilə izləyicilərin rəğbətini qazanaraq finala vəsiqə əldə ediblər.

Müsabiqənin ikinci yarımfinal mərhələsi mayın 14-də baş tutacaq və burada daha 10 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Bütün diqqətlər indi növbəti seçimlərə və mayın 16-da keçiriləcək böyük final gecəsinə yönəlib.

Ramin İmanov
Ramin İmanov
Articles: 59