Songfestival Azerbaijan

Nigar Camal Azərbaycanın “Avroviziya” mahnısından narazıdır?

MƏQALƏNİ PAYLAŞ:

Azərbaycanın “Avroviziya” qalibi Nigar Camal media nümayəndələrinə verdiyi müsahibədə builki müsabiqə hazırlıqlarından danışıb.

Sənətçi, ilk növbədə ölkəmizi təmsil edən Cəmilə Həşimovaya (JİVA) uğurlar arzulayaraq, ən böyük arzusunun təmsilçimizin finala yüksəlməsi və Azərbaycanı layiqincə tanıtması olduğunu bildirib.

İfaçı Cəmilə Həşimovaya dəstəyini ifadə etsə də, builki mahnı seçimi ilə bağlı fərqli fikirdə olduğunu gizlətməyib.

Seçilən mahnını bəyənmədiyini dilə gətirən sənətçi:

 “Mahnı ilə bağlı düşünürəm ki, daha qəşəng seçim ola bilərdi” — sözləri ilə narazılığını ifadə edib.

Müsahibə zamanı mahnının süni intellekt vasitəsilə yazılması barədə yayılan iddialar da gündəmə gəlib. Nigar Camal bu məsələyə ironik yanaşaraq:

 “İndiki komandadan hər şeyi gözləmək olar” — cavabını verib.

Mənbə : ARB Tv

Əli Hüseyn
Əli Hüseyn
Articles: 83