Songfestival Azerbaijan

Essyla: “JIVA-nın mahnısı məndə emosional hisslər oyadır” – Belçika təmsilçisi ilə yazılı müsahibə

MƏQALƏNİ PAYLAŞ:

Belçika təmsilçisi Essyla ilə olan müsahibəmizi təqdim edirik. Müsahibəmizdə izləyicilər tərəfindən ən çox sevilən sualları ünvanlamışıq:

1. Bu il Avroviziyanın bir parçası olmaq sizin üçün nə deməkdir?

Bilirsiniz, Belçikanı Avroviziyada təmsil etmək sözün əsl mənasında uşaqlıq arzum idi. 5 yaşım olanda dostlarımla bir ad günü üçün oyun meydançasında idik. Hamı oynayırdı, mən isə kənarda kiçik bir televizorun qarşısında oturmuşdum. Televizorda Uşaq Avroviziya gedirdi və yadımda qalan odur ki, içimdən “Kaş ki, o səhnədə mən də olaydım” deyə düşünürdüm. Gözəl libaslarda mahnı oxuyan o balaca qızlar məni çox heyran etmişdi. Həqiqətən də uşaqlıq arzum idi!

2. Mahnının yaranma hekayəsini və dinləyicilərə vermək istədiyin mesajı danışa bilərsiniz?

Bu mahnı ilə çox dərin bağ hiss edirəm, çünki mən həm introvert, həm də ekstrovert biriyəm və mahnı bu ikiliyi – işıqlı və qaranlıq tərəfləri – çox yaxşı ifadə edir. Mahnı ondan bəhs edir ki, qarşılaşdığın çətinliklər nə olursa olsun, həmişə irəli getməyin bir yolu var. Bir neçə il əvvəl kimsə mənə desəydi ki, mən Belçikanı Vyanada təmsil edəcəyəm, yəqin ki, buna inanmazdım. Heç vaxt təslim olmayın, həyat bəzən çətin olsa belə!

3. Səhnə performansın haqqında kiçik bir ipucu verə bilərsiniz? Fanatlar hansı atmosferi və ya sürprizləri gözləməlidir?

Əslində demək istəyirəm: SÜRPRİZ! Amma yenə də bir şey deməli olsam, səhnədə işıq və qaranlıq arasında iki fərqli atmosfer olacaq.

4. Bu il Avroviziyada iştirak edən sənətçilər arasında şəxsən bəyəndiyiniz mahnılar varmı?

Avstraliyadan DELTA! Onun böyük fanatıyam. Bir dəfə onu The Voice Australia proqramında görəndən sonra çox bəyənmişəm. Amma ümumiyyətlə hamısı ilə tanış olmağı səbirsizliklə gözləyirəm!

5. Heç Azərbaycan musiqisinə qulaq asmısan? Əgər bəli, bəyəndiyiniz ifaçı və ya mahnı varmı?

Bəli, Just Go mahnısı ilə Jiva möhtəşəmdir! Məncə mahnı çox emosional hisslər oyadır və mən belə mahnıları çox sevirəm. Çox yaxşı seçimdir. O da çox gözəldir və düşünürəm ki, səhnədə möhtəşəm bir an yaşadacaq!

6. Sizin fikrinizcə, yadda qalan Avroviziya performansı üçün əsas element nədir?

Məncə yaxşı performans üçün bunlar vacibdir: emosiya, yaxşı vokal, fərqli və xüsusi bir detal və güclü səhnə quruluşu. Amma bütün bunları Vyanada çıxışlar zamanı görəcəyik!

7. Musiqi yaradarkən və səhnəyə hazırlaşarkən sizi ən çox nə ilhamlandırır?

Mənim üçün şoudan bir neçə dəqiqə əvvəl musiqiçilərim və menecerim Lula ilə birlikdə öz kiçik dünyamızda olmaq çox vacibdir. Komandam çox əyləncəlidir, çox gülürük və onların yanında olmaq mənim üçün çox önəmlidir. Ümumiyyətlə isə vokallarımı yazarkən qaranlıq bir otaqda olmağı çox sevirəm.

Xatırladaq ki, bu il Belçikanı Essyla(əsl adı Alice Van Eesbeck) “Dancing on the Ice” adlı mahnısı ilə təmsil edir.

Ramin İmanov
Ramin İmanov
Articles: 39