Songfestival Azerbaijan

Poli Genova “Avroviziya 2026” seçimlərindən kənarda qaldı

MƏQALƏNİ PAYLAŞ:

Bolqarıstanın “Avroviziya 2026” üçün tətbiq etdiyi yeni milli seçim qaydaları tanınmış sənətçi Poli Genovanın iştirakına mane olub. 2011 və 2016-cı illərdə ölkəni təmsil edən müğənni, bu il tətbiq edilən statistik meyarlara cavab vermədiyi üçün müsabiqədən kənarda qalıb.

BNT-nin yeni qaydalarına əsasən, milli seçimə yalnız son bir il ərzində radio və televiziyalarda ən çox yayımlanan, həmçinin rəqəmsal platformalarda yüksək dinlənmə sayı olan 15 sənətçi dəvət edilir. Seçim prosesində “BG Top 40” cədvəllərindəki göstəricilər əsas götürülür. Poli Genova bildirib ki, son bir ildə Bolqarıstan radiolarında kifayət qədər yayımlanmadığı üçün bu meyarlara uyğun gəlməyib.

Sənətçi məsələ ilə bağlı bu sözləri qeyd edib:

“Mən çox iştirak etmək istəyirdim, amma təəssüf ki, yayımlayanın açıqladığı qaydalar səbəbindən alınmadı. Mən Bolqar radiosunda bir ildən çoxdur ki, yayımlanmamışam. Hər şey öz vaxtında olacaq.”

Xatırladaq ki, artıq Bolqarıstanı Vyanada təmsil edəcək ad rəsmiləşib. Yanvarın 31-də keçirilən milli seçim finalında DARA qalib gələrək ölkənin rəsmi təmsilçisi seçilib. Hazırda o, mahnı hazırlıqları üçün Rumıniyaya yola düşüb. Müğənninin şərti ilə fevralın sonunda təqdim olunacaq üç potensial mahnıdan biri məhz DARA-nın öz komandası tərəfindən yazılacaq. 

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49