Songfestival Azerbaijan

Supernova 2026: Latviyanın “Avroviziya” Seçimlərində İlk Finalçılar Məlum Oldu

MƏQALƏNİ PAYLAŞ:

Latviyanın “Avroviziya 2026” seçimləri olan “Supernova” müsabiqəsi hazırda ən aktiv mərhələsindədir. Yanvarın 31-də baş tutan ilk yarımfinalda 12 iştirakçı arasından finala keçən ilk beşlik bəlli olub: 

Tikasha Sakama, ELPO, Emilija, Kautkaili və De Mantra növbəti mərhələyə vəsiqə qazanıblar. Bu seçim həm peşəkar münsif heyətinin rəyi, həm də tamaşaçıların SMS səsverməsi ilə yarıbayarı müəyyən edilib. 

Müsabiqənin gedişatına əsasən, fevralın 7-də ikinci yarımfinal keçiriləcək və orada daha 12 ifaçı finaldakı son yerlər üçün yarışacaq.

Böyük final isə fevralın 14-də keçiriləcək və həmin gecə Latviyanı Vyanada təmsil edəcək olan iştirakçı elan olunacaq. 

Qaydalara görə, hər yarımfinaldan 5 nəfər seçilsə də, münsiflərin bir iştirakçıya əlavə şans verərək finalçı sayını 11-ə çatdırmaq hüququ var. Hazırda favoritlər arasında xüsusilə Emilija və Tikasha Sakama öndə gedir. Qalib gələn ifaçı may ayında Avstriyada keçiriləcək Avroviziya 2026-da Latviyanın uğuru üçün səhnəyə çıxacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49