2025-ci il Uşaq Avroviziyasında 18 ölkə mübarizə aparacaq
Avropa Yayım Birliyi (EBU) və Gürcüstanın ictimai televiziyası GPB açıqlayıb ki, 2025-ci il 13 dekabrda Tbilisidə keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsində 18 ölkə iştirak edəcək.
Bu dəfəki müsabiqə 9–14 yaş arası uşaqların musiqi istedadlarını nümayiş etdirdiyi, müxtəlif mədəniyyətləri birləşdirən böyük bir tədbir olacaq.
İştirakçı ölkələr

Bu il Azərbaycan daxil olmaqla üç ölkə uzun fasilədən sonra yenidən yarışmaya qoşulub.
Monteneqro sonuncu dəfə 2015-ci ildə iştirak etmişdi,
Xorvatiya isə 2014-dən sonra ilk dəfə geri dönür (xatırladaq ki, 2003-cü ildə ilk Uşaq Avroviziyasını da Xorvatiya qazanmışdı),
Azərbaycan isə 2021-ci ildən sonra müsabiqəyə yenidən qatılır.
Təşkilatçı GPB bu ilki səhnə dizaynını təqdim edib. Konsepsiyanın əsasında “Doli” adlanan gürcü milli zərb aləti dayanır. Səhnə həm Gürcüstanın dağları, qalaları, kəndləri kimi simvolları özündə əks etdirir, həm də uşaqların enerjisini və rəngarəngliyini göstərir.


Müsabiqənin loqosu və vizual üslubu isə “United by Music” – “Musiqi ilə Birləş” şüarı ilə hazırlanıb.
Mənbə: JESC.TV




